Avro-2024-də bu gün ikinci finalçı da müəyyənləşib.
Newsport.az xəbər verir ki, yarımfinalda İngiltərə və Niderland milliləri üz-üzə gəlib.
Almaniyalı referi Feliks Şvayerin idarə etdiyi görüş İngiltərənin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qaret Sautqeyin komandası finalda İspaniya millisi ilə qarşılaşacaq.
Qeyd edək ki, iyulun 14-də keçiriləcək İspaniya - İngiltərə finalı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
10 iyul
Avro-2024
Yarımfinal
23:00. Niderland - İngiltərə - 1:2
Qollar: Xavi Simons, 7 (1:0), Harri Keyn, 18-pen. (1:1), Ollie Vatkins, 90+1 (1:2)
Baş hakim: Feliks Şvayer (Almaniya).
Dortmund, "Siqnal İduna Park".