"Mbappe start heyətdə oynamamalıdır"

Fransa millisinin sabiq futbolçusu Frank Lebeuf hesab edir ki, millinin hücumçusu Kilian Mbappe Avro-2024-də start heyətdə yer almamalıdır.

Newsport.az  “Get French Football News”a istinadən xəbər verir ki, o deyib: “Düşünürəm ki, bizim Kilianla əsl problemimiz var. Əgər zədəlisənsə və 100 faiz oynaya bilmirsənsə, heç oynamamaq daha yaxşıdır. Fikrimcə, əgər futbolçu bacardıqlarının yalnız 50 faizini edə bilirsə, deməli, komandaya pislik edir. Mbappe həqiqətən qaça bilməz. O, daim maskasını düzəldir”.

Qeyd edək ki, Fransa bu gün Avro-2024-ün yarımfinalında İspaniya ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right