Ronaldo niyə karyerasını bitirmir?

Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunun və Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo oğlu ilə rəsmi oyunda iştirak etmək arzusundadı. Newsport.az xəbər verir ki, bunu “Neftçi”nin sabiq baş məşqçisi Adrian Mutu xarici mətbuata açıqlamasında deyib.

Rumıniyalı mütəxəssisin fikrincə, Ronaldo hələ də futboldan getməyi düşünmür: “Ronaldo oğlu ilə rəsmi matçda oynayana qədər karyerasını bitirməyəcək. Hücumçunun 39 yaşı var və “Əl-Nəsr”də çıxış edir. Böyük oğlu da orada oynayır, o, ötən il 13 yaşa qədər Səudiyyə Ərəbistanı çempionu olub. Kriştiano onunla eyni vaxtda meydana çıxmağı xəyal edir. “Əl-Nəsr”də bu, mümkündü. Başqa klubda - məsələn, “Real”da çıxış etsəydi, bunu etmək çətin olardı”.

Qeyd edək ki, Kriştiano Ronaldo beşqat “Qızıl top”un və beşqat Çempionlar Liqasının qalibidi. O, Portuqaliya millisi ilə Avropa çempionu olub (2016) və Millətlər Liqasını (2018/19) qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right