“Bavariya”nın yarımmüdafiəçisi Coşua Kimmix Fransaya köçə bilər. Newsport.az xəbər verir ki, ulduz futbolçu PSJ-nin maraq dairəsindədi.
Parislilər 29 yaşlı almaniyalını qısa transfer siyahısına daxil edib. Paris təmsilçisi “Benfika”nın yarımmüdafiəçisi Joao Neveşi də nəzərdən keçirir. Lakin portuqaliyalılar oyunçu üçün 120 milyon avro istəyir. Ancaq Kimmixin transferi daha ucuza başa gələr.
Qeyd edək ki, Coşua Kimmix ötən mövsüm 43 oyunda 2 qol vurub, 10 məhsuldar ötürmə verib.