Suarez “het trik”etdi, İsrafilov “Barselona” ilə oyunda “fərqləndi”

Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilov bu gün La Liqada “Barselona”ya qarşı oyunda işirak edib.

Newsport.az-ın xəbərinə görə, o, komandası “Eybar”la “Barsa”ya qarşı matçın ikinci hissəsində, 46-cı dəqiqədə meydana daxil olub. Kataloniya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşan oyunun sonlarında (90+3-cü dəq.) Eddi sarı vərəqə alıb.

Qeyd edək ki, 9 oyundan ehtiyatında 13 xalı olan “Eybar” 7-ci yeri tutur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right