Ekvador millisinin baş məşqçisi Feliks Sançes istefaya göndərilib.
Newsport.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
Bu qərar komandanın Amerika kubokunun 1/4 finalında Argentinaya uduzmasından sonra verilib.
Qeyd edək ki, 48 yaşlı ispaniyalı məşqçi 2023-cü il mart ayından Ekvador millisini çalışdırırdı.