AFFA transfer qaydasını pozan komandaya texniki məğlubiyyət verdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Newsport.az xəbər verir ki, toplantıda aşağı yaş qrupu üzrə liqalarla bağlı qərarlar verilib.

Həvəskarlar liqasının 1/8 final mərhələsində “Lokomotiv Baku” ilə qarşılaşan “Ramana” komandasının heyətində Haqverdi Həsənovun transferi zamanı yarışın transfer qaydalarının pozulduğu aşkarlanıb. Buna görə, “Ramana”ya 0:3 hesablı texniki məğlubiyyət verilib.

Adıçəkilən komanda İntizam Komitəsinin qərarından apellyasiya şikayətini bu barədə bildiriş verildikdən sonra 15 gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verə bilər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right