“Barselona”nın və İspaniya millisinin yarımmüdafiəçisi Lamin Yamal maraqlı açıqlama ilə diqqət çəkib. Newsport.az xəbər verir ki, 16 yaşlım futbolçu kataloniyalıların əzəli rəqibi “Real”a mümkün keçidlə bağlı sualı cavablandırıb.
O, karyerası boyu bunun baş verməyəcəyini söyləyib: “Heç vaxt “Real”da oynamayacağam”.
Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Lamin Yamal hazırda davam edən AVRO-2024-ün ən yaxşı oyunçularından biri hesab olunur.