“İnter” son 6 ildə ilk dəfə maliyyə ilini mənfəətlə başa vuracaq. Newsport.az xəbər verir ki, mayda Stiven Zanq 400 milyon avroya yaxın krediti ödəyə bilmədiyi və komandanın “Oaktree” şirkəti tərəfindən alındığı zaman klub əl dəyişdirib.
Baş menecer Beppe Marotta prezident seçilib. O, “İnter”in bu yay ulduz satmasına ehtiyac olmadığını bildirib. Çünki rəhbərlik büdcəni artıq balanslaşdırıb. Hesablamalara görə, “rossonyerlər” 2024-cü ildə 10 milyon avro gəlir əldə edəcək ki, bu da 2018-ci ildən bəri maliyyə ili üçün ilk dəfə itki olmayacaq.
Bundan əlavə, “İnter” klublararası dünya çempionatında iştirakdan, genişləndirilmiş Çempionlar Liqasından və “Betsson”la sponsorluq müqaviləsindən gələcək vəsaitə zəmanət verir. Klubun hələ də böyük borcları var, lakin onların bəziləri “Oaktree” ilə əlaqəlidi.
Qeyd edək ki, “İnter” ötən mövsüm İtaliya A seriyasının qalibi olub.