Rusiyada bədbəxt hadisə baş verib.
Newsport.az saytının məlumatına görə, azarkeşlər daşıyan avtobusun qəzaya uğraması nəticəsində 2 nəfər dünyasını dəyişib. Belə ki, Rusiya II Liqasının "Şinnik” –"Volqa” oyunundan əvvəl, doğma komandasını dəstəkləmək üçün Yaroslavla aparan iki avtobusdan biri qəzaya uğrayıb.
Hadisə Nijni- Novqorod vilayətinin Balaxninskom vilayətində baş verib. Belə ki, avtobusun qarşısına ceyran çıxıb. Ceyranı vurmamaq üçün avtovusu yoldan çıxarmaq istəyən sürücü digər avtomobillə toqquşub. "Volqa”nın rəsmi saytına yer alan məlumata görə, qəza nəticəsində iki nəfər dünyasını dəyişib. Ölənlərdən biri sürücü, digəri isə azarkeş olub.