"Auqsburq" "Bavariya"nın futbolçusunu transfer etdi

"Bavariya"nın hücumçusu Yusuf Kabadayı "Auqsburq"a transfer olunub.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, 20 yaşlı futbolçu ilə 2028-ci ilin yayına kimi müqavilə imzalanıb.

Kabadayı "Bavariya"nın yetirməsidir. Ötən mövsüm türkəsilli almaniyalı forvard "Şalke"də icarə əsasında oynayıb. O,  ikinci Bundesliqada 23 matçda 4 qol vurub.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right