"Mançester Siti”nin qapıçısı Ederson “Əl-Nəsr”ə keçməyə yaxındır.
Newsport.az jurnalist Canluici Lonqarinin sosial şəbəkə hesabına istinadən xəbər verir ki, 30 yaşlı braziliyalı qolkiper Səudiyyə Ərəbistanı təmsilçisi ilə razılığa gəlib. "Əl-Nəsr" tezliklə "Mançester Siti" ilə danışıqlara başlayacaq.
Ederson 2017-ci ildən İngiltərə klubunda çıxış edir.