“Rəqibin hücumlarının qarşısını ala bilmədik”

“Yetərincə şanslarımızdan istifadə edə bilmədik”. Bunu Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik Türkiyəyə qarşı Avro-2024-ün 1/8 final mərhələsinin oyunundan sonra reallaşan mətbuat konfransında deyib.

Mütəxəssis oyun boyu əllərinə düşən fürsətlərdən yararlana bilmədiklərini söyləyib: “Yetərincə şanslarımızdan istifadə etmədik. Rəqibin hücumlarının qarşısını ala bilmədik. Keçirdiyimiz 4 görüşün hər birini yüksək səviyyədə keçirdik. Qarşıda bizi Millətlər Liqasının və dünya çempionatının seçmə mərhələsinin oyunları gözləyir”.

Qeyd edək ki, Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalında Türkiyəyə 1:2 hesabı ilə məğlub olan Avstriya turnirlə vidalaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right