“Çarlton”un sabiq oyunçusu Sumqayıta gəlir

“Sumqayıt”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Fehervar” heyətini gücləndirib.

Newsport.az Macarıstan mətbuatına istinadən xəbər verir ki, adıçəkilən komanda “Çarlton”un yarımmüdafiəçisi Corc Dobsonu heyətinə qatıb.

26 yaşlı ingiltərəli orta sahə oyunçusu yeni komandasına azad agent kimi keçib. Çünki onun “Çarlton”la müqavilə müddəti iki gün əvvəl başa çatıb. Bir neçə klubdan təklif alan London “Arsenal”ının yetirməsi sonda “Fehervar”a keçməyə razılıq verib.

Qeyd edək ki, “Sumqayıt”la “Fehervar” arasında ilk oyun iyulun 25-də Sumqayıtda, cavab görüşü isə ayın 31-də Macarıstanda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right