Ramil Şeydayev "Kocaelispor"un məşqinə qatılmadı

Türkiyənin "Kocaelispor" klubu 2024/2025 mövsümünün hazırlığını davam etdirir.

Newsport.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayev I Liqa təmsilçisinin məşqlərində iştirak etmir. Bu barədə yerli mətbuat məlumat yayıb.

28 yaşlı forvard məşqçilər korpusundan icazə alıb. Ramillə yanaşı, Pesrinyo və Aaron Appindanqoye də hazırlığa qatılmayıb.

Qeyd edək ki, Ramil Şeydayev bu ilin qışında "Kocaelispor"a keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right