"Zirə"nin rəqibi kapitanı ilə vidalaşdı

Avropa Liqasının I təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Şerif"də ayrılıq gerçəkləşib.

Newsport.az xəbər verir ki, Tiraspol təmsilçisi Rikardinyo ilə yollarını ayırıb. Bu barədə Moldova klubunun mətbuat xidməti məlumat yayıb.

34 yaşlı vingerin başa çatan müqaviləsinin müddəti uzadılmayıb.

Rikardinyo 2013-2016 və 2023-2024-cü illərdə "Şerif"də çıxış edib. Braziliyalı futbolçu komanda ilə 5 dəfə Moldova çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.

Qeyd edək ki, “Zirə” və “Şerif” klubları arasındakı matçlar iyulun 11-i və 18-də baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right