"Sumqayıt"ın rəqibində ayrılıq

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Sumqayıt”ın rəqibi olan “Fehervar” müdafiəçisi ilə yollarını ayırıb.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Macarıstan klubu Bençe Qerqeni ilə işbirliyinə davam etmək istəməyib.

O, karyerasını “Uypeşt”də davam etdirəcək.

Qeyd edək ki, “Sumqayıt”ın “Fehervar”la ilk oyunu iyulun 25-də Azərbaycanda, cavab görüşü isə iyulun 31-də Macarıstanda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right