Sançes və daha üç futbolçu "İnter"dən ayrıldı

"İnter" 4 futbolçu ilə yollarını ayırıb.

Newsport.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Hücumçu Aleksis Sançes, həmçinin yarımmüdafiəçilər Xuan Kuadrado, Davi Klassen və Stefano Sensi müqavilələri başa çatdığı üçün klubu tərk ediblər.

35 yaşlı Sançes 2019-cu ildən "İnter"də çıxış edirdi. O, ümumilikdə bütün turnirlərdə 142 oyun keçirib, 24 qol vurub və 28 məhsuldar ötürmə verib. 36 yaşlı Kuadrado 2023-cü ilin yayından "İnter"də oynayırdı. 31 yaşlı Klassen "neradzurri"nin heyətinə 2023-cü ilin payızında qoşulub. 28 yaşlı Sensi 2023-cü ilin yayından "İnter"də çıxış edirdi.

Xatırladaq ki, "İnter" A seriyasının son mövsümünündə çempion olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right