Ukrayna millisinin üzvü "Latsio"ya keçə bilər

"Latsio" Ukrayna millisinin və "Dinamo"(Kiyev) klubunun üzvü Nikolay Şaparenkonu transfer etməyi planlaşdırır. 

Newsport.az "CalcioMercato"ya istinadən xəbər verir ki, "qartallar" artıq ukraynalı üçün danışıqları davam etdirir. 

Roma klubunun rəhbərliyi Şaparenkonun AVRO-2024-dəki çıxışından heyran olublar və məhz buna görə də, onu heyətə qatmaq istəyiblər.

"Latsio" Şaparenko üçün 10 milyon avro ödəməyə hazırdır. Transferin bu yay reallaşacağı gözlənilir.

25 yaşlı futbolçu “İlyiçevets”in yetirməsidir. O, 2017-ci ildə “Dinamo”ya keçib və indiyə qədər 115 görüşdə 18 qol vurub. Şaparankonun müqavilə müddəti 2025-ci il sentyabrın 30-na qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right