Pley-offlarda rekorda şərik

İngiltərə millisinin hücumçusu Harri Keyn AVRO-2024-ün pley-off mərhələsindəki qol sayına görə fransalı Antuan Qrizmannı qabaqlayıb. Newsport.az xəbər verir ki, “Bavariya”nın forvardı 1/8 final mərhələsində Slovakiya ilə görüşün əlavə vaxtında fərqlənərək bunu bacarıb.

Bu, Keynin pley-offlarda 5-ci qolu olub. Hazırda o, bu göstəriciyə görə, Qrizmannla liderliyi bölüşür. Keyn həm də Avropa çempionatlarında ümumi qol sayını 6-ya çatdırıb. O, həmyerliləri arasında rekordçu olan Alan Şirerə bir addım da yaxınlaşıb. Şirerin aktivində 7 qol olub.

Nuno Qomeş, Gerd Müller, Diter Müller və Draqan Dyayiç isə pley-offlarda hərəyə 4 dəfə fərqlənblər





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right