Bir hissəyə 17 zərbə

İspaniya yığması Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsində Gürcüstanla oyunda unikal göstərici ilə diqqət çəkib. Newsport.az xəbər verir ki, “buğalar” həmin görüşün ilk hissəsində rəqib qapısına tərəf 17 zərbə vurub.

Bu isə Rusiya millisinə məxsus rekordun təkrarlanması deməkdi. Ruslar AVRO-2008-də İsveçlə (2:0) qarşılaşmanın birinci hissəsində 17 zərbə ilə rekordu ələ keçirmişdi.

Qeyd edək ki, Gürcüstan üzərində 4:1 hesablı qələbə qazanan İspaniya yığması 1/4 finalda Almaniyaya rəqib olub. Görüş iyulun 5-də Ştutqartda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right