Evə qayıtmağa 30 saniyə qalmışdı

İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem AVRO-2024-ün 1/8 final mərhələsində Slovakiya ilə oyunu dəyərləndirib. Newsport.az xəbər verir ki, ulduz futbolçu məğlubiyyətdən son anda qurtulub, 2:1 hesablı qələbə qazanmalarına sevindiklərini bildirib.

“Evə qayıtmağa 30 saniyə qalmışdı. Millini ruhdan salmış ola bilərdik. Amma topa bir zərbə ilə hər şey qaydasına düşdü. İçində olmaq istəmədiyim bir məqamdır. Amma vəziyyətdən xilas olmaq çox gözəl hissdi. Çox yaxşı çıxış etdiyimizi düşünürəm. Əsl xarakter göstərdik. Nokaut anında belə, insanlar bizdə komanda ruhunun olduğunu gördülər”, - deyə Bellinqem söyləyib.

Qeyd edək ki, İngiltərə 1/4 finalda İsveçrə ilə qarşılaşacaq. Görüş iyulun 6-da Düsseldorfda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right