Luis de la Fuente: "Hesab 8:1, 9:1 ola bilərdi"

İspaniya milli komandası Avro-2024-ün 1/8 final mərhələsində Gürcüstanı 4:1 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.

Newsport.az xəbər verir ki, yığmanın baş məşqçisi Luis de la Fuente oyundan sonra açıqlama verib. İspan mütəxəssis hesabın oyuna görə olmadığını bildirib:

"Çox xoşbəxtik. Bura gələnə qədər çox əziyyət çəkdik. Hesab aldadıcıdır. Matç 8:1, 9:1 ola bilərdi. Gürcüstan təhlükəli komandadır. Amma qapıya zərbə vurmağı bacarmadılar. Göstərdiyimiz oyun xoşbəxt olmaq üçün yaxşı səbəbdir".

Qeyd edək ki, İspaniya yığması 1/4 finalda Almaniya ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right