Dmitri Nazarov komandasının qələbəsinə qolla töhvə verdi

Almaniya 2-ci Bundesliqasında 12-ci turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, milli komandamızın üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsrue” də növbəti matçını keçirib.
 
"Göy-ağlar” öz meydanında "Kayzerslautern”i qəbul edib. Meydan sahiblərinin 2:0 hesabı ilə qələbə qazandığı oyunda Nazaov hesabı açan futbolçu olub. O, 45-ci dəqiqədə penaltidən fərqlənib. Dmitri 90+2-ci dəqiqədə əvəzlənib. 

Qeyd edək ki, "Karlsrue” cari mövsüm 4-cü qələbəsini qazanaraq xallarının sayını 15-ə çatdırıb və turnir cədvəlinin 12-ci pillədə qərarlaşıb. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right