Yamal Bellinqemin rekordunu qırdı

İspaniya millisinin yarımmüdafiəçisi Lamin Yamal Avropa çempionatlarının pley-off mərhələsi tarixində ən gənc oyunçu olub. Newsport.az xəbər verir ki, o, 1/8 final mərhələsində Gürcüstanla oyunda start heyətində meydana çıxmaqla bunu reallaşdırıb.

Yamal 16 yaş 353 günlüyündə qarşılaşmanın iştirakçısı olub. “Barselona”nın üzvü ingiltərəli Cud Bellinqemin rekordunu (18 yaş 4 gün) yeniləyib. Lamin həm də pley-offlarda məhsuldar ötürmə verən ən gənc oyunçu kimi qitə birinciliklərinin tarixinə düşüb.

Yamal, eyni zamanda Avropa çempionatları tarixində qrup mərhələsinin də ən gənc futbolçudu. O, Xorvatiya ilə görüşdə meydana 16 yaş 338 günündə çıxıb.

Qeyd edək ki, Gürcüstan üzərində 4:1 hesablı qələbə qazanan İspaniya yığması 1/4 finalda Almaniyaya rəqib olub. Görüş iyulun 5-də Ştutqartda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right