Türkiyənin daha bir klubu Dadaşovu transfer etmək istəyir

Türkiyənin daha bir klubu Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovu heyətinə qatmaq niyyətindədir.

Newsport.az xəbər verir ki, ötən mövsümün sonunda Türkiyə I Liqasında iştirak etmək hüququ qazanan “Amedspor” biri Dadaşov olmaqla iki əcnəbi futbolçunu sıralarına cəlb etməyi planlaşdırır.

Bu barədə “Tigris Haber” portal məlumat yayıb. "Amedspor" Renatın transferinin çətin olacağı təqdirdə, onu icarəyə götürmək üçünü danışıqlar aparacaq.

Daha öncə forvardla birinci liqanın digər təmsilçisi “Kocaelispor”un da maraqlandığı bildirilirdi.

Xatırladaq ki, millimizin forvardı 2025-ci il iyunun 30-na qədər İsveçrənin “Qrasshopper” klubuna məxsusdur. O, ötən mövsümü icarə əsasında Türkiyə Superliqasında "Hatayspor"da keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right