"Çelsi" "Boka Xuniors"dan müdafiəçi alacaq

"Çelsi" argentinalı müdafiəçi alacaq.

Newsport.az-ın məlumatına görə, “Boka Xuniors”un mərkəz müdafiəçisi Aaron Anselmino karyerasını London klubunda davam etdirməyə yaxındır.

19 yaşlı vunderkind "zadəganlar”la 6 illik müqavilə imzalayacaq.

Transfermarkt portalı futbolçunun transfer dəyərini üç milyon avro qiymətləndirir.

“Çelsi” ötən mövsümün sonunda İngiltərə Premyer Liqasında 6-cı yeri tutaraq, avrokuboklarda mübarizə aparmaq hüququ qazanıb.

Anselmino “Boka Xuniors”un yetirməsidir və 2023-cü ildən əsas komandada oynayır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right