Argentina millisindən Messi açıqlaması

Argentina millisinin baş məşqçisi Lionel Skaloninin köməkçisi olan Valter Samuel zədəli futbolçusu Lionel Messinin durumu barədə danışıb.

Newsport.az-ın məlumatına görə, 37 yaşlı hücumçu Amerika Kubokunun 2-ci turunun Çili ilə oyununda sıradan çıxmışdı. Onun əzələsi dartılıb.

Valter Samuel isə 3-cü turun Peru ilə görüşündən sonra Messinin hazırkı durumu haqda bunları deyib: 

“O, paltardəyişmə otağında idi. Biz onun artıq daha yaxşı olduğunu gördük. Durumu yaxşılaşır, lakin 1/4 final oyununa hələ bir neçə gün var. Ona görə də hazırda bu vəziyyət haqqında danışmaq tezdir. Biz hər gün Messinin vəziyyətini müzakirə edəcəyik, həkimlərlə danışacağıq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right