"Mən Gürcüstan futbolunu çox yaxşı bilirəm" De La Fuente

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Avro-2024-ün 1/8 finalında Gürcüstana qarşı keçirəcəkləri oyundan gözləntilərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, o, Gürcüstan futboluna bələd olduğunu vurğulayıb: 

“Futbolda hamımız sürprizlərin şahidi olmuşuq və onlar davam edəcək. Gürcüstan Portuqaliyaya qalib gəlib. Bir matçda hər şey ola bilər. Qalib gəlmək üçün ən yüksək səviyyədə olmalıyıq. Mən Gürcüstan futbolunu çox yaxşı bilirəm. Müxtəlif gürcü futbolçuları tanıyıram. Mən Gürcüstan futbolunun necə inkişaf etdiyini gördüm. Villi Sanyol Gürcüstan millisi ilə fantastik iş gördü. O, futbol dünyasında çox təcrübəlidir. Villi Sanyolla əla münasibətim var və çox şadam ki, onun üçün hər şey yaxşı gedir”.

Qeyd edək ki, bu gün keçiriləcək İspaniya - Gürcüstan görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cütün qalibi 1/4 finalda Almaniya ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right