"Mənim üçün Avro-2024-ün qalibi bizik" Gürcüstan millisinin baş məşqçisi

Gürcüstan millisinin baş məşqçisi Villi Sanyol Avro-2024-ün 1/8 finalında İspaniyaya qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, mütəxəssis rəqibin güclü tərəflərinndən danışıb: 

"Məncə, çətinliklər olmadan böyük uğurlar əldə edə bilməzsiniz. Bu, bizim yolumuzun bir parçasıdır. İspaniya komandasını çox yaxşı tanıyırıq. Son 3 ildə onlarla 4 dəfə qarşılaşmışıq. Bu 4 oyunun hamısında uduzmuşuq, amma sabahkı matç fərqlidir. İspaniyaya qarşı oynayanda hər mövqedə təhlükə ilə üzləşə bilərsiniz. Onların bütün futbolçuları çox istedadlıdırlar və yüksək səviyyəli çempionatlarda oynayırlar. Futbolçularımın son 3 həftədə etdiklərinə görə çox xoşbəxtəm. Sabah xüsusi bir oyuna çıxacağıq. Məncə, bu görüşü böyük inamla keçirəcəyik. Çünki itirəcək heç nəyimiz yoxdur. Mənim üçün onsuz da Avro-2024-ün qalibiyik. Təkrar meydanda olacağım və böyük bir stadionda Gürcüstan himnini eşidəcəyim üçün çox xoşbəxtəm". 

Qeyd edək ki, sabah keçiriləcək İspaniya - Gürcüstan görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right