AVRO-2024: İspaniya və İngiltərə 1/4 finalda Yenilənib

Avro-2024-də 1/8 final mərhələsi davam edir.

Newsport.az xəbər verir ki, bu gün daha iki görüş keçirilib.

Əvvəlcə İngiltərə millisi Slovakiya ilə üz-üzə gəlib. Oyunda hesabı Slovakiya açıb və matçın son saniyələrinə qədər 1:0 öndə olub. İngiltərə millisi 90+5-ci dəqiqədə vurduğu qolla məğlubiyyətdən qaçıb  və görüşdə əlavə vaxt oynanılıb. İngilislər əlavə vaxtda daha bir qol vuraraq 2:1 hesablı qələbə qazanıb və 1/4 finala yüksəlib. Qaret Sautqeytin komandası bu mərhələdə İsveçrə ilə qarşılaşacaq.

Digər oyunda İspaniya yığması turnirin debütantı Gürcüstan millisi ilə qarşılaşıb. "Rayn-Energi” stadionunda keçirilən oyunda hesabı gürcülar açsa da, İspaniya millisi daha sonra 4 qol vuraraq qalib gəlib və 1/4 finala yüksəlib. İspanlar bu mərhələdə Almaniya ilə qarşılaşacaq.

30 iyun

Avro-2024, 1/8 final 

20:00. İngiltərə - Slovakiya - 2:1

Qol: İvan Şranç, 25, (0:1), Cud Bellinqem, 90+5 (1:1), Harri Keyn, 91 (2:1)

Baş hakim: Halil Umut Meler (Türkiyə)

"Veltins Arena"

23:00. İspaniya - Gürcüstan - 4:1

Qollar: L.Norman, 18-avtoqol (0:1), Rodri, 39 (1:1), F.Ruis, 51 (2:1), N.Uilyams, 75 (3:1), D.Olmo, 83 (4:1)

Qollar: 

Baş hakim: Fransua Letekse (Fransa)

"Rayn-Energi” stadionu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right