"Sumqayıt"ın rəqibindən 9 cavabsız qol

Avropa Konfrans Liqasının II təsnifat mərhələsində "Sumqayıt"ın rəqibi olan "Fehervar" yoxlama oyununda qüvvəsini sınayıb.

Newsport.az-ın məlumatına görə, Macarıstan təmsilçisi yerli "Babolna" klubu ilə üz-üzə gəlib. Qarşılaşma "Fehervar"ın 9:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Sumqayıt" "Fehervar"la ilk oyunu iyulun 25-də öz meydanında keçirəcək. Komandalar arasında cavab görüşü isə 31 iyul tarixində Macarıstanda baş tutacaq





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right