“Valensiya” gürcü futbolçunu İngiltərə klubuna satmaq istəməyib

Georgi Mamardaşvili Avropa çempionatında Gürcüstan millisinin heyətində yaxşı oyun nümayiş etdirir.

Newsport.az-ın məlumatına görə, nəticədə, Avropa klubları “Valensiya”nın qapıçısına maraq göstərir.

Belə ki, “Liverpul” Alisson Bekkerin Səudiyyə Ərəbistanına gedə biləcəyini nəzərə alaraq, Mamardaşviliyə “elçi düşə” bilər. Amma “Liverpul” “Nyukasl”la rəqabət aparmalı olacaq. “Sağsağanlar” 23 yaşlı Mamardaşvili üçün artıq 25 milyon avro təklif etsə də, “Valensiya” rədd cavabı verib. “Yarasalar” gürcü qapıçı üçüb daha cəlbedici təklif gözləyir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right