AÇ-2024: “Haverts və Fullkruq ətrafında gedən müzakirələri izləmirəm”

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann alman azarkeşləri narahat edən sualı cavablandırıb.

Newsport.az-ın məlumatına görə, almaniyalı çalışdırıcı, Kay Haverts və Niklas Fullkruq ətrafında gedən müzakirələri izləmədiyini bildirib:

“Mən Haverts və Niklas Fullkruq ətrafında gedən müzakirələri izləmirəm. Məşqçilər heyəti və mən kimin oynayacağına qərar verəcəyik. Amma bu, ancaq matçdan əvvəl bəlli olacaq. Onların oyunçular haqqında yazdıqlarını oxumuram, çünki işim kifayət qədərdir. Düşünürəm ki, biz artıq Danimarka ilə oyun üçün heyəti müəyyənləşdirə bilərik”.

“Borussiya”nın forvardı Fullkruq AÇ-2024-ün qrup mərhələsinin hər 3 oyununda meydana sonradan çıxaraq, 2 qol vurmağı bacarıb. “Arsenal”ın hücumçusu Haverts isə bütün matçlarda start heyətində oyuna başlasa da, cəmi bir dəfə fərqlənib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right