Braziliya yığmasının hücumçusu Vinisius Junior Amerika kubokunda Paraqvay üzərində qələbədən sonra hakimlikdən şikayətlənib.
Newsport.az-ın məlumatına görə, braziliyalı futbolçu hakimlikdən narazı olduğunu bildirib:
“Meydançanın vəziyyətinə və futbolçularımıza açıq-aşkar qayda pozuntularını qeydə almayan hakimlərin işinə görə burada oynamaq çətindir. Mən hesab edirəm ki, KONMEBOL-un Braziliya millisinə münasibəti ədalətsizdir”.
Qrup mərhələsinin 2-ci turunda Paraqvay millisini 4:1 hesabı ilə məğlub edən braziliyalılar turnirdə ilk qələbəsini qazanıb. Vinisius iki qola imza atıb.