Gürcüstan millisinin forvardı tanınmış klubla anlaşdı

Gürcüstan millisinin hücumçusu, AVRO-2024-ün ulduzlarından olan Giorgi Mikautadze yeni sezona fərqli komandada başlayacaq.

Newsport.az-ın məlumatına görə, hazırda Almaniyada keçirilən Avropa çempionatının bombardiri olan gürcü "Monako" ilə anlaşıb.

Tərəflər arasında ilkin razılıq olduğu iddia edilir. AVRO-2024-dən dərhal sonra "Monako" Mikautadze ilə rəsmi müqavilə imzalamağı planlaşdırır.

O, hazırda Fransanın digər klubu olan "Mets"ə məxsusdur. Giorgi karyerası ərzində "Metz", "Serainq"(Belçika) klublarında oynayıb. Forvard 2028-ci il iyunun 30-na qədər "Ayaks"a məxsusdur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right