"Barselona" 250 milyon avroluq təklifi qəbul etmədi

"Barselona"nın futbolçusu Lamin Yamal üçün fantastik təklif gəlib.

Newsport.az-ın məlumatına görə, PSJ ispaniyalı vingeri transfer etmək istəyir. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

Paris klubu 16 yaşlı oyunçu üçün 250 milyon avroluq təklif göndərib. "Barselona" maddi çətinliklər yaşamasına baxmayaraq, təklifi rədd edib. Kataloniya təmsilçisi gənc futbolçunun satılmadığını bildirib.

Qeyd edək ki, Lamin Yamal "Barselona"nın yetirməsidir. İspaniya millisinin üzvü ötən mövsüm La Liqa nəhənginin heyətində meydana çıxdığı 53 rəsmi matçda 7 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right