Lamin Yamal: "Heç kim məni Messi ilə müqayisə edə bilməz"

İspaniya millisinin və "Barselona"nın üzvü Lamin Yamal Kataloniya təmsilçisinin sabiq hücumçusu Lionel Messi ilə müqayisə olunmasına münasibət bildirib. 

Newsport.az xəbər verir ki, 16 yaşlı hücumçu bunun düzgün olmadığını deyib: "O, tarixin ən yaxşı oyunçusudur və mənim onunla müqayisə olunmağım inanılmazdır. Amma heç kim məni Messi ilə müqayisə edə bilməz. Mən futbol oynamağa yeni başlayan biriyəm. Mən Messinin karyerası ərzində əldə etdiklərinin ən azı yarısına nail olmaq istərdim".

Qeyd edək ki, Lamin Yamal "Barselona"nın yetirməsidir. O, ötən ildən İspaniya millisində və "Barselona"nın əsas komandasında iştirak edir. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right