Azərbaycanlı futbolçu Albaniya klubunda debüt etdi

Azərbaycanlı müdafiəçi Zamiq Əliyevin Albaniya "Eqnatiya"sında debüt edib. 

Newsport.az xəbər verir ki, sözügedən komanda yoldaşlıq oyunu keçirib. "Eqnatiya" Sloveniya “Maribor”u ilə qarşılaşıb. Oyun heç-heçə ilə başa çatıb - 2:2.

Əliyev bu görüşdə start heyətində meydana çıxıb və yeni komandasında rəsmi debüt edib.

Qeyd edək ki, Azərbaycanın U-21 yığmasının sabiq üzvü olan Zamiq bu ay "Eqnatiya"ya keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right