"Zirə"nin rəqibi müdafiəni gücləndirdi

Avropa Liqasının I təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Şerif" heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az xəbər verir ki, Tiraspol təmsilçisi Albaniyanın "Dinamo" klubundan Alesio Miyanı transfer edib. Bu barədə Moldova klubunun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı mərkəz müdafiəçisi ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Alesio Miya "Dinamo"nun yetirməsidir. Alban futbolçu ötən mövsüm Tirana təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Qeyd edək ki, “Zirə” və “Şerif” klubları arasındakı matçlar iyulun 11-i və 18-də baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right