"Qalatasaray" Hakim Ziyeşi transfer etdi

"Qalatasaray" "Çelsi"dən icarəyə götürdüyü Hakim Ziyeşlə bağlı qərar verib.

Newsport.az xəbər verir ki, İstanbul təmsilçisi mərakeşli vingerin transfer hüququna yiyələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Sarı-qırmızılar" Ziyeş üçün İngiltərə klubuna təzminat ödəməyib.

31 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. Təcrübəli ön xətt oyunçusunun illik maaşı 2,8 milyon avro olacaq.

Qeyd edək ki, Hakim Ziyeş ötən mövsüm "Qalatasaray"ın heyətində meydana çıxdığı 23 rəsmi matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right