"Real"ın futbolçusu Qətər klubuna keçir

"Real"ın hücumçusu Xoselu Qətərin “Əl-Qarafa” klubuna keçir.

Newsport.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. 

Bu transfer üçün klubların bütün sənədləri imzaladığı bildirilib. "Real"  "Espanyol"dan icarəyə götürdüyü futbolçunun birdəfəlik transferi üçün 1.5 milyon avro ödəyib və daha sonra onun Qətər klubuna keçidi reallaşıb. Xoselu "Əl-Qarafa" ilə 2 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, ötən mövsüm Xoselu "Real"ın heyətində 49 oyuna çıxıb, 17 qol vurub və 3 qolun ötürməsini edib.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right