"Mançester Yunayted" "Bavariya"nın futbolçusunu heyətinə qatmağı düşünür

İngiltərənin "Mançester Yunayted" klubu Almaniya təmsilçisi "Bavariya"nın üzvü Matteys de Liqti heyətinə qatmağı düşünür.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, münhenlilər 24 yaşlı müdafiəçi üçün 70 milyon avro tələb edir.

"Qırmızı şeytanlar" isə bu məbləğin yarısını ödəməyə hazırdır.

Qeyd edək ki, niderlandlı futbolçu 2022-ci ildən "Bavariya"da çıxış edir. O, ötən mövsüm komandasının heyətində 30 oyun keçirib və 2 qol vurub. "Transfermarkt" portalı Matteys de Liqtin dəyərini 65 milyon avro qiymətləndirir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right