AVRO-2024: Musialanı heyran edən ispan

Almaniya millisinin yarımmüdafiəçisi Camal Musiala AVRO-2024-də hansı futbolçunun onu daha çox heyran etdiyi ilə bağlı sualı cavablandırıb. Newsport.az xəbər verir ki, o, İspaniya yığmasının gənc üzvü Lamin Yamalı fərqləndirib.

“İspaniyadan olan Lamin Yamalı bəyəndim. Təkbətək vəziyyətlərdə güclü, cəsarətli və oyunu daha gözəl edən oyunçuları xoşlayıram”, - deyə Musiala bildirib.

Qeyd edək ki, AVRO-2024-ün 1/8 final mərhələsində Almaniya ilə Danimarka, İspaniya ilə Gürcüstan qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right