"Barselona"nın futbolçusu "Çelsi"yə keçdi

"Barselona"nın futbolçusu Mark Qiu "Çelsi"yə keçib.

Newsport.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

O, 18 yaşlı hücumçunun ötən gecə London klubunda tibbi müayinədən uğurla keçdiyini bildirib. İspaniyalı futbolçu ilə 6 illik müqavilə imzalanacaq. Bu transfer üçün "zadəganlar" Kataloniya klubuna 6 milyon avro ödəyəcək.

Qeyd edək ki. İspaniyanın U-19 millisinin üzvü olan Mark Qiu "Barselona"nın əsas komandasında 3 oyuna çıxıb.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right