Qriqorçuku Azərbaycanda işləmiş məşqçi əvəzləyəcək

Ukrayna klubu “Çernomorets”lə yeni müqavilə imzalamayan Roman Qriqorçuk “Neftçi” ilə anlaşıb.

Newsport.az yerli mətbuata istinadən xəbər verir ki, Odessa təmsilçisi yeni çalışdırıcısını artıq müəyyənləşdirib. Premyer Liqa komandasının növbəti çalışdırıcısı da Azərbaycan futboluna tanış simadır.

Belə ki, rəhbərlik ölkəmizdə “Keşlə”ni (hazırkı “Şamaxı”) çalışdırmış Yuri Maksimovla ilkin razılığa gəlib. Tərəflər 1+1 illik müqavilənin şərtlərini razılaşdırıblar.

Qeyd edək ki, 2017-2018 mövsümündə “Keşlə”yə rəhbərlik etmiş Yuri Maksimov bu komanda ilə Azərbaycan Kubokunu qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right