AVRO-2024-ün ən yaxşı yığması

“Guardian” nəşri AVRO-2024-ün qrup mərhələsinin nəticələrinə əsasən komandaların reytinq cədvəlini hazırlayıb. Newsport.az xəbər verir ki, siyahıya İspaniya yığması başçılıq edir.

Almaniya ikinci, Avstriya üçüncü pillədə göstərilib.

Sonrakı yerləri müvafiq olaraq Fransa, Portuqaliya, İsveçrə, Gürcüstan, Türkiyə, İngiltərə, Belçika, İtaliya, Niderland, Danimarka, Rumıniya, Slovakiya, Sloveniya, Ukrayna, Xorvatiya, Albaniya, Macarıstan, Çexiya, Polşa, Serbiya və Şotlandiya tuturlar.

Qeyd edək ki, Almaniyada təşkil edilən Avropa çempionatında 1/8 final mərhələsinə sabah start veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right