İspan tennisçiyə mötəbər vəzifə verildi

“Böyük dəbilqə” seriyalı turnirin ikiqat qalibi və dünyanın keçmiş bir nömrəsi, ispan tennisçi Qarbine Muquruza Ər-Riyadda keçiriləcək WTA Final turnirinin direktoru təyin edilib. 2024-cü ildə mötəbər yarış noyabrın 2-dən 9-dək keçiriləcək.

Muquruza qarşıdakı üç il ərzində (2026-cı ilə qədər), WTA və Səudiyyə Ərəbistanı Tennis Federasiyası ilə strateji planlaşdırma və yarışın təşviqi məsələlərində birlikdə işləyəcək.

“Ər-Riyaddakı turnirin direktoru kimi, bu böyük idmanın gələcəyinə töhfə verməkdən şərəf duyuram. Mən bu yarışın ən güclü oyunçularımız üçün nə qədər xüsusi olduğunu çox gözəl bilirəm. Qızlara və qadınlara arzularını həyata keçirməyə kömək edəcək gözəl komanda ilə işləməkdən şadam”, – deyə  Muquruza bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right