Bombardir Bundesliqada qalır

“Ştutqart”ın hücumçusu Seru Qirassi komandasını dəyişmək üzrədi. Newsport.az xəbər verir ki, ötən mövsüm Bundesliqanın ikinci bombardiri olan 28 yaşlı qvineyalı yenə də Almaniyada qalacaq.

Çünki o, Dortmund “Borussiya”sı ilə anlaşıb. Dortmundlular forvardın müqaviləsində yer alan 17,5 milyon avroluq sərbəst qalma məbləğini ödəmək qərarına gəlib. Qirassi yeni komandası ilə 2 illik müqaviləni razılaşdırıb.

Qeyd edək ki, Seru Qirassi ötən mövsüm bütün turnirlərdə 30 oyun keçirib, 30 qol vurub, 3 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right