İspaniya millisinin kapitanı Türkiyə klubuna keçməyə hazırlaşır

İspaniya millisinin və "Atletiko"nun forvardı Alvaro Morata Türkiyəyə yollana bilər.

Newsport.az "Marca"ya istinadən xəbər verir ki, 31 yaşlı futbolçuya "Fənərbaxça"dan təklif gəlib.

İstanbul klubunun yeni baş məşqçisi Joze Mourinyo ispan hücumçunu sərəncamında görmək istəyib.

"Fənərbaxça" rəhbərliyi Morata üçün qarşı tərəflə danışıqlara start verib. "Atletiko" Morata üçün 15 milyon avro təzminat tələb edir.

31 yaşlı futbolçu 2026-cı il iyunun 30-na qədər Madrid klubuna məxsusdur. İspaniya millisinin kapitanı "Real", "Yuventus", "Çelsi" komandalarında da oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right